MƏDƏNİYYƏT
Azərbaycanlı violonçelçalan İngiltərədə konsert proqramı ilə çıxış edəcək
Bakı, 12 mart, AZƏRTAC
Violonçelçalan, beynəlxalq mükafatlar laureatı Camal Əliyev iyunun 16-da İngiltərədə Qərbi Susseksdə “Champs Hill” zalında konsert proqramı ilə çıxış edəcək.
AZƏRTAC Camal Əliyevin saytına istinadla xəbər verir ki, onu fortepianoda Daniel Evans müşayiət edəcək. Konsertdə L.Betxoven, İ.Brams, S.Raxmaninov və D.Şostakoviçin əsərləri səsləndiriləcək.
Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə bir sıra beynəlxalq festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]