MƏDƏNİYYƏT
Azərbaycanlı vokalçı Brüsseldə Kral Opera Teatrında çıxış edəcək
Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycanın Əməkdar Artisti, Moskva Böyük Teatrının solisti, soprano Dinara Əliyeva Brüsseldə Kral Opera Teatrında çıxış edəcək.
AZƏRTAC ifaçının saytına istinadla xəbər verir ki, həmvətənimizin 2016-cı il yanvarın 21-də və 24-də Brüsseldə Kral Opera Teatrında Anton Rubinşteynin “Demon” operasının konsert variantında çıxışı planlaşdırılır.
Dinara Əliyeva Rusiya, İtaliya, Fransa, Yunanıstan, Çexiya, Monte-Karlo, ABŞ, Yaponiyanın opera teatrı səhnə və konsert zallarında çıxış edib. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Kolmar (Fransa) və Praqada (Çexiya) “GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib.
Soydaşımız Böyük Teatrda bir sıra klassik opera qəhrəmanlarının obrazlarını, eləcə də İ.Ştrausun “Yarasa” operettasında Rozalinda obrazını yaradıb. Konsertlərdə isə Dinara Əliyeva rus və Azərbaycan xalq mahnılarından, opera və operettalardakı ariyalardan tutmuş romans və cazadək müxtəlif əsərləri ifa edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]