MƏDƏNİYYƏT
Azərbaycanlı vokalçı “Orfey” radio simfonik orkestri ilə çıxış edəcək
Bakı, 16 avqust, AZƏRTAC
Oktyabrın 17-də P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının böyük zalında Azərbaycanın əməkdar artisti, Rusiya Böyük Teatrının solisti Dinara Əliyevanın konserti olacaq.
AZƏRTAC ifaçının saytına istinadla xəbər verir ki, o, Rusiyanın “Orfey” radio simfonik orkestri ilə birlikdə çıxış edəcək.
D.Əliyeva Rusiya, İtaliya, Fransa, Yunanıstan, Çexiya, Monte-Karlo, ABŞ və Yaponiyanın opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Kolmar (Fransa) və Praqada (Çexiya) “GalaVerdi” adlı solo konsertləri uğurla keçib.
Soydaşımız Böyük Teatrda bir sıra klassik opera qəhrəmanlarının obrazlarını, eləcə də İohan Ştrausun “Yarasa” operettasında Rozalinda obrazını yaradıb. Konsertlərdə isə D.Əliyeva Azərbaycan və rus xalq mahnılarından, opera və operettalardakı ariyalardan tutmuş romans və cazadək müxtəlif əsərləri ifa edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]