ELM VƏ TƏHSİL


Azərbaycanlı yazıçı-ədəbiyyatşünas Hindistanda beynəlxalq seminarda iştirak edib

Bakı, 16 fevral, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlı “Hindistan, İran və Orta Asiyanın mədəniyyətlərarası mirası” mövzusunda beynəlxalq seminarda iştirak edib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, Hindistanın Assam bölgəsində yerləşən Guvahati Universiteti tərəfindən təşkil olunan seminarda tarix, ədəbiyyatşünaslıq, dilçilik, folklor, mifologiya, fəlsəfə, kulturologiya, psixologiya elmləri üzrə maraqlı məruzələr dinlənilib.

Almaniya, Böyük Britaniya, Norveç, Macarıstan, Rusiya, Koreya, Özbəkistan, Banqladeş, İran, Şri-Lanka və digər ölkələrdən 50-dək görkəmli elm xadiminin qatıldığı seminarda ölkəmizi təmsil edən V.Sultanlı “Azərbaycan-Hindistan ədəbi-mədəni əlaqələri” mövzusunda məruzə ilə çıxış edib. Professor, həmçinin Guvahati Universitetinin İran departamenti yanında yeni yaradılmış türkologiya bölməsinin müəllim və tələbə heyəti ilə görüşüb, Azərbaycan tarixi və ədəbiyyatı ilə bağlı bir sıra kitabları universitetin kitabxanasına bağışlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.