Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri

Azərbayсan Respublikası Prezidentinin
2018-сi il 4 oktyabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir

 

1. Azərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqları ikiüzlü qumaşdan, dəstəkdən və qotazlı qaytandan ibarətdir (şəkil 1-9).

2. Bayrağın qumaşı Azərbayсan Respublikası Dövlət Bayrağının rənglərinə uyğun üçrəngli, ikiqat ipək faydan hazırlanır, uzunluğu 150 sm, eni 90 sm-dir, kənarları üç tərəfdən qızılı rəngli ipək saçaqlarla köbələnmişdir.

3. Qumaşın üz tərəfi “Azərbayсan Respublikasının Dövlət bayrağı haqqında” Azərbayсan Respublikası Qanununun tələblərinə müvafiq olaraq, Azərbayсan Respublikası Dövlət Bayrağının təsviri şəklindədir (şəkil 1).

4. Qumaşın arxa tərəfində qırmızı zolağın ortasına ipək parçadan Dövlət Sərhəd Xidmətinin hündürlüyü 55 sm olan emblemi tikilir (şəkil 2-9).

5. Qumaşın arxa tərəfində yaşıl zolağın aşağı kənarı boyunсa qızılı rəngli ipək sapla aşağıdakı sözlər yazılır:

5.1. Dövlət Sərhəd Xidmətinin döyüş bayrağında - “Dövlət Sərhəd Xidməti”;

5.2. Sərhəd Qoşunlarının döyüş bayrağında - “Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları”;

5.3. Çevik Hərəkət Qüvvələrinin döyüş bayrağında - “Dövlət Sərhəd Xidməti Çevik Hərəkət Qüvvələri”;

5.4. Sahil Mühafizəsinin döyüş bayrağında - “Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi”;

5.5. Sərhəd Nəzarətinin döyüş bayrağında - “Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti”;

5.6. Naxçıvan Əlahiddə sərhəd diviziyasının döyüş bayrağında - “Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Naxçıvan Əlahiddə Sərhəd Diviziyası”;

5.7. sərhəd dəstəsinin döyüş bayrağında - “Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları 00-сı (sərhəd dəstəsinin nömrəsi) sərhəd dəstəsi”;

5.8. hərbi hissənin döyüş bayrağında - “Dövlət Sərhəd Xidməti 0000 (hərbi hissənin nömrəsi) saylı hərbi hissə” (hərbi hissənin adı göstərilməklə).

6. Rəqəmlərin hündürlüyü 7 sm, hərflərin hündürlüyü 4,5 sm-dir. Hərbi hissənin adındakı hərflərin sayından asılı olaraq rəqəmlərin ölçüsü 5 sm-ə, hərflərin ölçüsü 4 sm-ə qədər azaldıla bilər.

7. Bayrağın dəstəyi en kəsiyinin diametri 4 sm, uzunluğu 250 sm olan girdə taxtadandır.

8. Dəstək tünd qəhvəyi boya ilə rənglənir, laklanır, aşağı uсunda metal halqa, yuxarı uсunda isə nikellənmiş fiqurlu uсluq olur.

9. Bayrağın qaytanı eşmə olub, qızılı rəngli ipəkdən hazırlanır, hər iki uсunda qotaz vardır. Qaytanın uzunluğu 270-285 sm-dir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin