İQTİSADİYYAT
“Azercell” Avrasiya ölkələrində rominqdə dublikat xidmətini istifadəyə verib
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “TeliaSonera” ailəsinə aid olan Qazaxıstanın “Kcell” mobil operatoru ilə “Azercell Telekom” arasında əldə olunan razılaşmaya əsasən rominqdə olan müştərilərə xidməti ofislərə müraciət edərək simkartlarını dəyişmək imkanı yaradılıb. Bunun üçün “Kcell” abonentləri “Azərcell”in Bakı şəhərindəki B.Bağırova, 2 ünvanında yerləşən ofisınə müracət etməlidirlər. “Azercell” istifadəçiləri isə öz növbəsində Almatı və Astana şəhərlərində “Kcell”in müvafiq ünvanlarda yerləşən ofislərində bu xidmətdən yararlana bilərlər.
Qeyd edək ki, rominqdə dublikat xidmətinin “TeliaSonera Avrasiya” çərçivəsində bu qrupa daxil olan digər ölkələrlə də tətbiqi nəzərdə tutulur.
Daha ətraflı məlumat [email protected] ünvanında yerləşdirilib.