İQTİSADİYYAT
“Azercell” bölgələrdəki universitetlərdə təhsil alan tələbələrə aylıq təqaüd təklif edir
Bakı, 17 noyabr, AZƏRTAC
“Azercell Telekom” MMC Naxçıvan Dövlət və Lənkəran Dövlət universitetlərində, eləcə də Mingəçevir Politexnik İnstitutunda təhsil alan tələbələri “Bölgə tələbə proqramı”nda iştiraka dəvət edib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, proqramda qalib gələn tələbələr ali təhsillərinin sonunadək aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsində biliklərini artıracaq, şirkətin sosial fəaliyyətində iştirak edəcək və təcrübə qazanacaqlar.
Müraciətlərin qəbulu noyabrın 25-dək davam edəcək.
Proqram çərçivəsində Mingəçevir Politexnik İnstitutunun tələbələri ilə keçirilən görüşdə şirkət təmsilçiləri “Bölgə tələbə proqramı”, “Tələbə birliyi tarifi” və yenicə istifadəyə verilən “Gənc Ol” proqramı haqqında məlumat veriblər.
Ətraflı məlumatı [email protected] ünvanından əldə etmək olar.