CƏMİYYƏT


Azercell-dən Türkiyəyə dəstək məqsədilə ianə imkanları

Azercell-dən Türkiyəyə dəstək məqsədilə ianə imkanları

Yardım etmək istəyən abunəçilər mobil telefon üzərindən “Nargis” Fondu və Azərbaycan Qızıl Aypara Cəmiyyətinə ianə edə bilərlər

Bakı, 9 fevral, AZƏRTAC

"Azercell Telekom" MMC “Nargis” Fondu və Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə Türkiyədə baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına töhfə vermək, Türkiyə xalqına dəstək olmaq istəyən abunəçilərinə ianə etmək üçün qısa nömrə təqdim edib.

AZƏRTAC xəbər verir ki, “Azercell” abunəçiləri bir həftə boyunca 73 03 qısa nömrəsinə 1, 2, 3, 4, 5, 6, 7, 8, və ya 9 rəqəmini yazıb SMS göndərməklə öz balansından həmin məbləğdə “Nargis” Fondu üzərindən Türkiyə xalqına dəstək məqsədilə ianə edə bilərlər.

Abunəçilərin həmçinin Azərbaycan Qızıl Aypara Cəmiyyəti vasitəsilə də bu xeyirxah təşəbbüsə qoşulmaq imkanı var. 81 16 qısa nömrəsinə 1, 2, 3, 4, 5, 10, 15, 20, 30 və ya 50 açar sözü göndərməklə müvafiq məbləğdə ianə etmək olar.

SMS-lərin göndərilməsi üçün abunəçilərdən xidmət haqqı tutulmur. Sorğunu göndərdikdən sonra abunəçilərə ödənişin statusu ilə bağlı cavab gəlir. Ətraflı məlumat üçün +994125265493 (“Nargis” Fondu) nömrəsinə, www.yardim.et (Azərbaycan Qızıl Aypara Cəmiyyəti) səhifəsinə müraciət etmək olar.

Qeyd edək ki, “Azercell” əməkdaşlarından ibarət “Azercell Könüllüləri” komandası da Türkiyəyə dəstək məqsədilə yardım aksiyası başladıb.

“Azercell” şirkəti Türkiyə xalqına səbir və bu fəlakətin nəticələrinin ən qısa zamanda aradan qaldırılmasını diləyir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.