İQTİSADİYYAT
Azercell-dən yeni Smartfon kampaniyası
Bakı, 17 mart, AZƏRTAC
Azercell Novruz bayramı ərəfəsində daha bir sərfəli kampaniyaya başlayır. Martın 17-dən etibarən butün Azercell-lilər pulsuz internet kampaniyasından yararlana bilərlər. Kampaniya çərçivəsində bütün - yeni, mövcud və Azercell şəbəkəsinə MND çərçivəsində keçən SimSim abunəçiləri Azercell diler məntəqələrində Huawei Y520 mobil telefonu almaqla 6 ay boyunca hər ilk yükləmələrinə 5 GB-dək Pulsuz İnternet əldə edəcəklər. Kampaniyaya qoşulmaq üçün abunəçi 8838 qısa nömrəsinə SMS göndərməlidir. Kampaniyaya Azercell Diler dükanlarında qoşulmaq mümkündür. Abunəçi kampaniyaya qoşulduğu andan etibarən sistem abunəçinin 6 ay ərzində yükləmələrinə nəzarət edəcək:
- 3 AZN dəyərində kart yüklənildikdə - 500MB
- 5 AZN dəyərində kart yüklənildikdə - 1GB
- 10 AZN dəyərində və yuxarı məbləğdə kart yüklənildikdə - 5GB internet qazanacaq.
İnternet paketdən istifadə müddəti 30 gün təşkil edəcək. Verilmiş həcm 30 gün keçmədən bitərsə, 30-cu günün sonunadək sürət 128Kb/s enəcək və trafik pulsuz olacaq. Pulsuz İnternet paketi olan nömrələr “1 saat”, “3 saat”, “Həftəsonu”, “Gün” (500MB) və “Gecə” paketlərindən istifadə edə bilər. Onu da qeyd edək ki, hər nömrədə kampaniyaya 1 dəfə qoşulmaq mümkündür.
Məlumat üçün bildirək ki, hazırda Azercell-in hər iki abunəçisindən biri fəal mobil internet istifadəçisidir və əvvəlki illərlə müqayisədə iki dəfə çox Mobil İnternetdən yararlanır. Şirkət yalnız Azərbaycan deyil, bütün regionda belə ilk dəfə olaraq 4G texnologiyasını müştərilərin kommersiya istifadəsinə təqdim edib.