İQTİSADİYYAT
“Azercell” istedadlı tələbələrə dəstək olur
Bakı, 4 may, AZƏRTAC
Azərbaycanın mobil rabitə şirkəti “Azercell Telekom” MMC Azərbaycan Texniki Universitetində və eləcə də Xəzər Universitetində keçirilən karyera yarmarkalarında iştirak edib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, mindən çox tələbənin iştirak etdiyi yarmarkada işəgötürənlər potensial kadrların seçimini aparmaq imkanı qazanıblar. Tədbirdə “Azercell”in ayrıca stendi nümayiş olunub. Şirkətin nümayəndələri “Azercell”-də işə qəbul olunmaq arzusunda olan məzunlar üçün informasiya sessiyaları təşkil ediblər. Yarmarka iştirakçılarının çoxsaylı sualları cavablandırılıb, bu şirkətdə karyera qurmaq istəyində olan gənclərə məsləhətlər verilib və onların müraciətləri üçün xüsusi elektron ünvan yaradılıb. Universitet məzunlarına “Azercell”-də vakant yerlər haqqında da məlumat verilib.