İQTİSADİYYAT
“Azercell” məsuliyyətli və şəffaf biznes modelini dəstəkləyir

Azərbaycanın mobil rabitə operatoru “Azercell Telekom” biznes fəaliyyəti üzrə “TeliaSonera”nın təşəbbüsünə qoşulub.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “TeliaSonera”nın qlobal səviyyədə təqdim etdiyi “Speak-Up Line” məlumatlandırma xətti artıq “Azercell”in rəsmi səhifəsi daxilində fəaliyyət göstərməkdədir. Onun vasitəsilə bürün əməkdaşlar və yaxud şirkətin hər bir tərəfdaşı biznes davranışında istənilən pozuntu halı ilə əlaqədar şikayətlərini çatdıra bilərlər. Şikayətlərin və məlumatların anonimliyi təmin olunur.
Bildiriş xətti korrupsiya ilə mübarizə, tenderlər, yoxlamaların düzgün aparılmaması, şirkətin etik davranış qaydalarının pozulması, maraqların toqquşması, ayrı-seçkilik və cinsi təzyiq kimi istənilən şikayət üçün yaradılıb. Məlumatı verən şəxs unikal istifadəçi şifrəsi ilə təmin ediləcək. Yeddi gün ərzində o, təqdim etdiyi məlumatla əlaqədar aparılan araşdırmanın nəticəsinə dair cavabı ala biləcək.
Daha ətraflı məlumat [email protected] ünvanında yerləşdirilib.