İQTİSADİYYAT
“Azercell” yeni “GəncOL Oyun Portalı”nı istifadəyə verib
Bakı, 11 sentyabr, AZƏRTAC
“Azercell Telekom” MMC virtual əyləncəni sevən abunəçiləri üçün “GəncOL Oyun Portalı”nı istifadəyə verib. Bu portal vasitəsilə bütün “Azercell” abunəçiləri populyar “EA”, “Java”, eləcə də onlayn oyunları oynamaq və ya abunə olmaq imkanı əldə edirlər.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “GencOL Oyun Portalı”na www.gencol.az portalının əyləncə bölümü və ya oyun.gencol.az linki vasitəsilə daxil olmaq mümkündür. Abunəçilər kompyuter, smartfon, planşet cihazları vasitəsilə portaldan istifadə edə bilərlər.
“Azercell” sentyabrın 20-dən etibarən “Gənc OL” tarif paketi istifadəçiləri üçün bütün oyunlara 50 faiz endirim tətbiq edəcək. Yəni, “GəncOL” tarifində olan və ona yeni qoşulan abunəçilər bu oyun portalından daha sərfəli şəkildə yararlana biləcəklər. Hazırda “GəncOL” istifadəçiləri 80-dən çoxməkanda sərfəli endirimlərdən yararlanırlar.
“SimSim” abunəçiləri “GəncOL” tarifinə qoşulmaq üçün G5 və ya G8 açar sözünü 7575-ə göndərə bilərlər.