İQTİSADİYYAT
“Azercell”in jurnalistlər üçün növbəti təlim kursu başa çatıb
Bakı, 9 yanvar, AZƏRTAC
“Azercell Telekom” MMC tərəfindən media nümayəndələri üçün təşkil olunan növbəti peşəkar təlim kursu başa çatıb.
AZƏRTAC xəbər verir ki, təlimdə Böyük Britaniyadan dəvət olunmuş peşəkar jurnalist Den Meyson iştirakçılara “Google” – axtarış sisteminin multimedia imkanları, sosial şəbəkələrlə iş, bloq sayt yaratmaq vərdişlərini izah edib.
Təlim kursunda çap və internet mediası, həmçinin elektron KİV nümayəndələri iştirak edib.
Tədbirdə kursu uğurla başa vurmuş iştirakçılara sertifikatlar təqdim olunub.
“Azercell Telecom"un icraçı direktoru Vahid Mürsəliyev şirkətin fəaliyyətdə olduğu müddətdə media ilə daim dostluq və sıx əməkdaşlıq əlaqələrində olduğunu bildirib.
Qeyd olunub ki, jurnalistlərin inkişafına kömək etmək məqsədilə şirkət tərəfindən çoxsaylı təlimlər keçirilib. “Azercell” yeganə mobil operatordur ki, sırf KİV işçiləri üçün xüsusi tarif planı – “Mediacell” tarifini hazırlayıb.