İQTİSADİYYAT
“Azercell”in yeni ofisi: bir nöqtədə üç xidmət
Şirkətdən AZƏRTAC-a bildirilib ki, yeni ofis hamı üçün rahat olan “bir nöqtədə üç xidmət” ("one-stop shopping") konsepsiyası ilə çalışacaq. Bu konsepsiyaya əsasən abonentlər eyni anda üç xidmətdən yararlana bilərlər. Ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür.
Qeyd edək ki, “Azercell” 2004-cü il avqustun 27-də Bakıda ilk AzEks ofisini istifadəyə verməklə, MDB dövlətləri arasında bu xidmət konsepsiyasını təqdim edən ilk şirkət olub. Hazırda Bakıda 17, regionlarda isə 31 AzEks ofisi fəaliyyət göstərir. Bundan əlavə, şirkətin Bakı şəhərində 4, bölgələrdə isə 6 müştəri xidməti mövcuddur.
Ətraflı məlumat [email protected] ünvanında yerləşdirilib.