İQTİSADİYYAT


“Azərenerji” “McKinsey&Company” şirkətini məsləhətçi seçib

Bakı, 24 may, AZƏRTAC

“Azərenerji” ASC modernləşdirmə istiqamətində xüsusi addım ataraq dünyanın aparıcı 10 konsaltinq şirkətlərindən biri hesab olunan “McKinsey&Company” şirkəti ilə məsləhətçi xidmətlərin göstərilməsi üçün 3 illik müqavilə imzalayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azərenerji” ASC məlumat yayıb.

Müqaviləyə əsasən, “McKinsey&Company” şirkəti modernləşdirmə işləri, yeni generasiya güclərinin yaradılması, elektrik stansiyalarının tikilməsi, enerjisistemin idarəetməsi, idxal-ixrac məsələləri, Strateji Yol Xəritəsinə uyğun olaraq, “Azərenerji”nin hədəflərinə çatmaq və digər məsələlərdə məsləhətçi funksiyasını həyata keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.