İQTİSADİYYAT


“Azərenerji” Sumqayıtda üç zavoda kabel xəttinin çəkilməsinə 2 milyon manatdan çox vəsait yönəldəcək

Bakı, 22 avqust, AZƏRTAC

“Azərenerji” ASC 110/35/6 kilovoltluq (kV) Sumqayıt-3 yarımstansiyasından (YS) Yağ, Plastik və Karton zavodlarına 35 kilovoltluq kabel xəttinin çəkilməsi işlərinin satın alınmasına 2 milyon manatdan çox vəsait yönəldəcək.

AZƏRTAC ASC-yə istinadla xəbər verir ki, “Azərenerji” tərəfindən iyulun 5-də elan edilən “Sumqayıt-3 YS-dən Yağ, Plastik və Karton zavodlarına 35 kilovoltluq Kabel Xəttinin çəkilməsi” işlərinin satın alınması üzrə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə keçirilən açıq tenderdə iddiaçılardan daxil olmuş təkliflərin qiymətləndirilməsi reallaşıb və tender komissiyasının qərarı ilə formal tələblərə cavab verən, ən aşağı qiymət təklif edən “Electro Industries” QSC tenderin qalibi müəyyən edilib.

“Qalib təşkilat ilə ƏDV daxil 2 milyon 33 min 168,37 AZN məbləğində müvafiq satınalma müqaviləsi imzalanıb”, - deyə ASC-nin məlumatında bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.