İQTİSADİYYAT


“Azərenerji” bu il 6,2 milyard kilovat/saat elektrik enerjisi istehsal edib

Bakı, 14 aprel, AZƏRTAC

Birinci rübdə “Azərenerji” ASC üzrə elektrik enerjisinin istehsalı 6 milyard 257,2 milyon kilovat/saat (İES-lərdə 6 milyard 41,3 milyon kilovat/saat, SES-lərdə 215,9 milyon kilovat/saat) olub.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti üzrə elektrik enerjisinin istehsalı 81,64 milyon kilovat/saat (İES-lərdə 56,08 milyon kilovat/saat, SES-lərdə 17,13 milyon kilovat/saat, günəş stansiyalarında 8,43 milyon kilovat/saat), ölkədəki Müstəqil Elektrik Stansiyaları üzrə 569,8 milyon kilovat/saat təşkil edib.

“Azərişıq” ASC-nin külək elektrik stansiyalarında isə 16,24 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.