İQTİSADİYYAT


“Azərenerji” cari ildə 19 milyard kilovat/saatadək elektrik enerjisi istehsal edib

Bakı, 18 noyabr, AZƏRTAC 

Bu ilin yanvar-oktyabr aylarında “Azərenerji” ASC üzrə elektrik enerjisinin istehsalı 18 milyard 998,5 milyon kilovat/saat (İES-lərdə 18 milyard 214,3 milyon kilovat/saat, SES-lərdə 784,2 milyon kilovat/saat) olub.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 10 ayda Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti üzrə elektrik enerjisinin istehsalı 356 milyon kilovat/saat (İES-lərdə 175,3 milyon kilovat/saat, SES-lərdə 143,7 milyon kilovat/saat, günəş stansiyalarında 37 milyon kilovat/saat), ölkədəki Müstəqil Elektrik Stansiyaları üzrə isə 1 milyard 946,8 milyon kilovat/saat təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.