İQTİSADİYYAT


“Azərenerji” fevralda 24,2 milyon kilovat/saat çox elektrik enerjisi istehsal edib

Bakı, 6 mart, AZƏRTAC

“Azərenerji” ASC fevralda 24,2 milyon kilovat/saat daha çox elektrik enerjisi istehsal edib.

ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, “Azərenerji” tərəfindən fevralda 1,945 milyard kilovat/saat elektrik enerjisi istehsal olunub. Bu isə ötən ilin eyni ayı ilə müqayisədə 24,2 milyon kilovat/saat çoxdur. Belə ki, ötən ilin fevralında 1,921 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib.

Fevralda istehsal edilən 1,945 milyard kilovat/saat elektrik enerjisindən 159,34 milyon kilovat/saatı qonşu ölkələrə ixrac olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.