İQTİSADİYYAT


“Azərenerji” işğaldan azad edilən rayonlar üçün kadr ehtiyatı formalaşdırır

Bakı, 20 noyabr, AZƏRTAC

Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğaldan azad etdiyi Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdam və bu kimi tamamilə dağıdılmış rayonlarda elektrik enerji sisteminin sıfırdan yaradılması, o cümlədən işğaldan azad olunan və olunacaq digər ərazilərdə enerjisistemin yenidən qurulması üçün “Azərenerji” ASC aşağıdakı vəzifələr üzrə kadr ehtiyatının yaradılması məqsədilə müsabiqə elan edib.

ASC-dən AZƏRTAC-a bildirilib ki, tələb olunan vəzifələr aşağıdakılardır:

- 330/220/110 və 110/35/10 kilovoltluq yarımstansiyalar üzrə növbətçi mühəndislər, istismar üzrə mühəndislər, növbətçi elektrik montyorları

- su elektrik stansiyaları üzrə hidromexaniklər, hidrotexniklər, elektriklər

- mühərrik və generator avadanlıqlarına xidmət edən mütəxəssis

- elektrik maşın, aparat və cihazların sazlayıcısı

- elektrik stansiyalarının ölçü cihazlarına və avtomatikasına xidmət edən mütəxəssis

- rele mühafizəsi və avtomatika üzrə mühəndis

- nəzarət ölçü cihazları və avtomatika üzrə mühəndis

- izolyasiya və ifrat gərginlikdən mühafizə üzrə mühəndis

- quraşdırma və sazlama üzrə usta, çilingər, tornaçı.

Tələblər:

• elektroenergetika mühəndisliyi, elektrik mühəndisliyi və istilik energetikası üzrə ali texniki təhsil (bakalavr və ya magistr pilləsi), orta-ixtisas təhsili və ya peşə ixtisası (vəzifədən asılı olaraq)

• iddiaçının vəzifəyə görə 6 aydan 5 ilədək iş təcrübəsi (iş stajı)

• istilik energetikası və elektroenergetika üzrə nəzəri və praktik (təcrübi) biliklər

• avtomatika, nəzarət ölçü cihazları və elektron cihazlar üzrə biliklər

• kompüter biliyi: “MS Office”

• məhsuldar işləmək bacarığı, islahat və yeniliklərə meyillilik, komandada işləmək qabiliyyəti olması

Tələb olunan sənədlər:

• fotoşəkilli şəxsi vərəqə (CV) forması

• şəxsiyyət vəsiqəsinin surəti

• təhsil haqqında sənədin surəti

Qeyd edək ki, müraciət edən namizədlərin bilik səviyyələri "Azərenerji" ASC üzrə yaradılmış Mərkəzi Müsahibə Komissiyası tərəfindən yoxlanıldıqdan sonra müsahibədən keçmiş namizədlər kadr ehtiyatı bankına daxil ediləcək və işlə təmin olunacaqlar. Eyni zamanda, namizədlər komissiyanın rəyi əsasında təlim tədris kurslarına cəlb oluna bilərlər.

Sənədlər həftə içi 5 gün saat 09:00–dan 18:00–dək "Azərenerji" ASC-nin Kadrlar şöbəsinə təqdim olunmalıdır.

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Ak.Əbdulkərim Əlizadə küçəsi, 10 AZ1005. Müsabiqədə iştirak etmək istəyənlər əlaqə üçün (+99412) 490-09-43 telefon nömrəsinə zəng edə və ya “[email protected]” ünvanına CV-lərini göndərə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.