“Azərenerji” keçən ay 2,1 milyard kilovat/saat elektrik enerjisi istehsal edib
AzerTAg.az
Bakı, 17 fevral, AZƏRTAC
Yanvar ayında “Azərenerji” ASC üzrə elektrik enerjisinin istehsalı 2 milyard 142,76 milyon kilovat/saat (İES-lərdə 2 milyard 71,3 milyon kilovat/saat, SES-lərdə 71,46 milyon kilovat/saat) olub.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ay ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti üzrə elektrik enerjisinin istehsalı 30,4 milyon kilovat/saat (İES-lərdə 22 milyon kilovat/saat, SES-lərdə 6,5 milyon kilovat/saat, günəş stansiyalarında 1,9 milyon kilovat/saat), ölkədəki Müstəqil Elektrik Stansiyaları üzrə isə 189 milyon kilovat/saat təşkil edib.
Ötən ay “Azərişıq” ASC-nin külək elektrik stansiyalarında 6,87 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub.

Xəbərin mətnində orfoqrafik səhv var