CƏMİYYƏT


“Azərfon” abunəçilərinə narkotiklərin ziyanı ilə bağlı maarifləndirmə xarakterli iki milyona yaxın SMS-bildiriş göndərilib

Bakı, 30 iyun, AZƏRTAC

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun birgə əməkdaşlığı ilə iyun ayında ictimai maarifləndirmə tədbirlərinin təşkili ilə əlaqədar sağlam həyat tərzinin təbliği və narkotiklərin ziyanına dair əhalini məlumatlandırmaq məqsədilə “Azərfon” abunəçilərinə SMS formasında zəruri bildiriş göndərilib.

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan AZƏRTAC-a bildiriblər ki, bildiriş SMS-lər (Narkotiklər haqqında həqiqəti öyrənək və birlikdə mübarizə aparaq! Qaynar xətt - 802) mərhələli qaydada 1 milyon 967 min 209 milyon abunəçiyə ünvanlanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.