İQTİSADİYYAT


“Azəri-Çıraq-Günəşli”dən cari ildə neft hasilatı 19,7 milyon ton olub

Bakı, 19 noyabr, AZƏRTAC

Bu ilin yanvar-oktyabr aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 28,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 2,3 milyon ton azalıb.

Respublika üzrə neft hasilatının 19,7 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlarının, 2,9 milyon tonu (kondensat) “Şahdəniz” yatağının payına düşüb.

SOCAR üzrə isə (kondensatla birlikdə) hasilat 6,2 milyon ton təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.