İQTİSADİYYAT


“Azəri-Çıraq-Günəşli”dən hasilat azalacaq

Bakı, 5 yanvar, AZƏRTAC

2021-ci ildə Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan neft hasilatının azalacağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin layihəsinə Rəyində deyilir. Bildirilir ki, AÇG yatağı üzrə cari 171,6 milyon barrel neft hasil olunacaq. 2020-ci ildə bu göstərici 174,6 milyon barrel, 2019-cu ildə isə 195 milyon barrel təşkil edib.

2017-ci il 14 sentyabr tarixli “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in (“AÇG HPBS”) 29.2-ci maddəsinə əsasən, 2018-2025-ci illər ərzində ümumilikdə 3,6 milyard ABŞ dolları ödənilməsi nəzərdə tutulur ki, bonus məbləğinin 4-ci hissəsi - 450 milyon dolları və ya 765 milyon manatının 2021-ci ilin ilk ayında ödənilməsi gözlənilir.

Qeyd edək ki, AÇG yataqlar blokundan ilk neft hasilatından bəri ümumi istehsal 3,8 milyard barreli (500 milyon tondan çox) keçib. AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP 30,37 faiz, “AzAÇG” (SOCAR) 25 faiz, MOL 9,57 faiz, “Inpex” 9,31 faiz, “Equinor” 7,27 faiz, “ExxonMobil” 6,79 faiz, TPAO 5,73 faiz, “Itochu” 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) 2,31 faiz.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.