İQTİSADİYYAT
“Azəri-Çıraq-Günəşli”dən ümumi hasilat 3,5 milyard barrelə çatıb
Bakı, 13 fevral, AZƏRTAC
Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan ilk neft hasilatından bəri ümumi hasilat 3,5 milyard barrelə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “BP Azerbaijan” şirkəti məlumat yayıb.
Qeyd edək ki, ötən il blokdan hasilat 213 milyon barrel, yəni 29 milyon ton təşkil edib. AÇG-dən ümumi hasilat isə gündəlik orta hesabla 584 min barrel olub. İlin sonuna AÇG-də ümumilikdə 117 neft hasilat quyusu, 44 su və 7 qaz injektor quyusu istismarda olub, keçən il blokda 14 neft hasilat və 3 su injektor quyusu qazılıb.
2018-ci ildə AÇG layihəsinə təqribən 505 milyon dollar əməliyyat və 1 milyard 150 milyon dollar isə əsaslı məsrəflər xərclənib.
AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP - 30,37 faiz, “AzAÇG” (SOCAR) - 25 faiz, “Chevron”- 9,57 faiz, “Inpex” - 9,31 faiz, “Equinor” - 7,27 faiz, “ExxonMobil” - 6,79 faiz, “TPAO” - 5,73 faiz, “Itochu” - 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) - 2,31 faiz.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]