RƏSMİ XRONİKA


“Azəri” İslandiya-Azərbaycan Cəmiyyətinin sədri Zakir Həsənovdan

Hörmətli cənab Prezident,

“Azəri” İslandiya-Azərbaycan cəmiyyəti Sizi Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə səmimi qəlbdən təbrik edir. Biz əmin idik ki, Azərbaycan xalqı düzgün seçim edəcək, məhz Sizi Prezident seçəcəkdir.

Azərbaycan xalqı və öz Vətəninin hüdudlarından kənarda yaşayan azərbaycanlılar Sizin Prezident vəzifəsində çalışdığınız illərdə qazandığınız uğurları görür və yüksək qiymətləndirirlər. Odur ki, Azərbaycan xalqı öz xoşbəxt gələcəyini Sizə etibar etmişdir.

Möhtərəm Prezident, Sizə ali dövləti vəzifənizdə uğurlar diləyir, ən xoş arzularımızı bildiririk.

Hörmətlə,

Zakir Həsənov

“Azəri” İslandiya-Azərbaycan Cəmiyyətinin sədri

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin