İQTİSADİYYAT


“Azeri Light”ın bir barrelinin qiyməti son 4 ildə ilk dəfə 86 dollara çatır

Bakı, 2 oktyabr, AZƏRTAC

Azərbaycan neftinin qiyməti son 4 ilin maksimumuma yüksəlib.

AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,16 dollar bahalaşaraq 85,94 dollar təşkil edib. Azərbaycan neftinin bir barreli sonuncu dəfə 2014-cü il noyabrında 85 dollardan baha satılıb.

Qeyd edək ki, “Azeri Light”ın bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma çataraq 149,66 dollar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.