Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Azəri-Mərkəzi-Şərqi” layihəsi üzrə yeni tikinti müqavilələri imzalanıb

“Azəri-Mərkəzi-Şərqi” layihəsi üzrə yeni tikinti müqavilələri imzalanıb

Bakı, 16 sentyabr, AZƏRTAC

“Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yatağının işlənməsi üzrə operator olan BP şirkəti “Azəri-Mərkəzi-Şərqi” (ACE) layihəsinin əsas müqavilələrin imzalanması ilə birgə sürətlə irəlilədiyini açıqlayıb.

“BP Azerbaijan”dan AZƏRTAC-a bildirilib ki, mühəndislik, tikinti və quraşdırma, layihələrin idarə edilməsi və digər xidmətləri əhatə edən müqavilələr aprelin 19-da layihə üzrə elan olunmuş yekun investisiya qərarından (YİQ) sonra gələn addımdır. İmzalanan müqavilələr layihənin həyata keçirilməsi qrafikini müəyyən edir və yatağın işlənməsi üzrə bu irimiqyaslı layihədə iştirak edən çoxsaylı sahələrdə, istehsal sahələrində əldə olunmuş irəliləyişi tamamlayır.

Yekun investisiya qərarı elan edildikdən sonra layihə üzrə aşağıdakı əsas müqavilələr imzalanıb:

• ACE platformasının dayaq bloku və ətək payalarının quraşdırılması üzrə müqavilə “BOS Shelf” MMC və “Star Gulf FZCO” şirkətlərindən təşkil olunmuş konsorsium ilə imzalanıb. Müqavilənin dəyəri 260 milyon dollara yaxındır. Müqavilə üzrə iş həcmi istehsal sexləri və quraşdırma ilə əlaqədar mühəndislik, boru yayma işləri, dayaq bloku və ətək payalarının hazırlanması və yığılması, quraşdırma sistemlərinin istismara verilməsi, qurğunun yüklənib göndərilməsi və dənizdə yerinə bərkidilməsindən ibarətdir. Bu müqavilə üzrə bütün tikinti və quraşdırma işləri yerli resurslardan, o cümlədən işçi qüvvəsi və tikinti sahələrindən istifadə etməklə SOCAR-ın Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) yerinə yetiriləcək. Tikinti işləri artıq başlayıb və 2021-ci ildə başa çatdırılacağı gözlənilir.

• İkinci müqavilə üzrə ACE platformasının üst modullarının hazırlanması və inteqrasiyası nəzərdə tutulur. Həmin müqavilə bu ilin iyulunda “Azfen” şirkəti ilə imzalanıb. Müqavilənin dəyəri 486 milyon dollardan çoxdur. Bu müqavilə çərçivəsində işlər həcminə istehsal və quraşdırma mühəndisliyi, həmçinin platformanın üst modullarının hazırlanması, yığılması və birləşdirilməsi daxildir. Müqavilə üzrə nəzərdə tutulan işlərə (“National Oilwell Varco” şirkəti tərəfindən layihələndiriləcək), həmçinin yüngül bir qazma blokunun hazırlanması, istismara təhvil vermə işlərinə dəstək xidmətləri, yükləyib göndərmə, sazlama və dənizdə istismara təhvil vermə işlərinə dəstək də aiddir. Üst modullar Bibiheybətdəki istehsal sahəsində inşa olunacaq. Bu müqavilə üzrə tikinti işləri artıq başlayıb və 2022-ci ildə başa çatdırılacağı gözlənilir.

• Üst modulların qazma qurğusu ilə əlaqədar layihələndirilmə, tədarük və tikintiyə nəzarət üzrə müqavilə ABŞ-ın “National Oilwell Varco” şirkəti ilə imzalanıb. Bu müqavilənin dəyəri 151 milyon dollardan çoxdur. Müqavilə çərçivəsində işlər həcminə müfəssəl layihələndirmə, mühəndislik təminatı və avadanlığın tədarükü və qazma qurğusunun Bakıya çatdırılması daxildir. İşlərin həcminə, həmçinin üst modullar və qazma qurğusu istehsalçısının tikinti işlərinə, o cümlədən qazma qurğusunun hazırlanması, birləşdirilməsi, sazlanması və istismara verilməsi ilə əlaqədar fəaliyyətə nəzarət daxildir.

• Platformanın yaşayış blokları ilə əlaqədar layihələndirmə, satınalma və tikinti müqaviləsi İsveçin “Emtunga Solutions AB” şirkəti ilə imzalanıb. Müqavilənin dəyəri 34 milyon dollara yaxındır. Layihələndirmə, satınalma və tikinti ilə yanaşı, işlər həcminə yaşayış bloklarının inteqrasiyası və istismara təhvil verilməsinə texniki dəstək də daxildir. Bu müqavilə üzrə işlər artıq başlayıb və 2022-ci ildə başa çatacağı gözlənilir. Yaşayış bloklarının yığılması və istismara verilməsi, Bakı yaxınlığında Bibiheybətdəki istehsal sahəsində, platformalar üçün üst modulların inşa olunacağı yerdə yerli resurslardan istifadə etməklə həyata keçiriləcək.

• Layihələndirmə işlərinin icrası ilə əlaqədar müqavilə “SOCAR-KBR” MMC birgə müəssisə ilə imzalanıb. Müqavilənin dəyəri 76 milyon dollardan çoxdur. Bu müqavilə üzrə işlər həcminə üst modullar, dayaq bloku və ətək payalarının layihələndirilməsi; ACE layihəsi üçün mövcud obyektlərin yenilənməsi işləri; sualtı qurğular üçün sistemin layihələndirilməsi üzrə mühəndislik işləri; layihənin idarə edilməsi - materialların idarə edilməsi, işçi münasibətlərinin idarə edilməsi, məlumatların idarə edilməsi; tədarük üzrə dəstək; keyfiyyətin idarə edilməsi və tikinti sahəsində dəstək daxildir. Bu müqavilə üzrə işlər başlamışdır və “SOCAR-KBR” şirkətinin Böyük Britaniyadakı Leatherhead və Bakıdakı mühəndislik ofisləri vasitəsilə yerinə yetirilir.

• Yüklərin idarə edilməsi xidmətləri ilə əlaqədar müqavilə Regional Çərçivə Sazişi çərçivəsində bu ilin avqustunda “Transglobal Projects” (TGP) MMC ilə imzalanıb. Bu müqavilə çərçivəsində işlər həcminə materialların və avadanlıqların təchizatçıların obyektlərindən toplanması və Bakıdakı sahələrə çatdırılması, o cümlədən gömrük rəsmiləşdirməsi daxildir. Bu müqavilə üzrə göstəriləcək xidmətlər nəqliyyatın bütün növlərini, o cümlədən beynəlxalq və daxili avtomobil nəqliyyatı, çay gəmiləri, barjalar, dəniz nəqliyyatı, hava nəqliyyatı ilə daşıma haqqında razılaşmalar, yüklərin hava nəqliyyatı və dəmir yolu ilə daşınmasını əhatə edir.

BP şirkətinin layihələr üzrə vitse-prezidenti Yuan Drummond deyib: “BP operator olaraq ACE layihəsini etibarlı, səmərəli və qrafikə uyğun şəkildə həyata keçirmək üçün əsas müqavilələrin ilk paketinin imzalandığını elan etməkdən məmnundur. AÇG sazişinin imzalanmasının 25-ci ildönümünü qeyd etdiyimiz zaman vurğulamaq yerinə düşər ki, AÇG üzrə əsas nailiyyətlərdən biri layihələrimizdə yerli resursların yüksək səviyyədə cəlb olunmasıdır. ACE layihəsi üzrə imzalanmış müqavilələr də bunu aydın şəkildə göstərir. İmzalanmış bu müqavilələr AÇG üzrə tərəfdaşların Azərbaycanın yerli resurslarından istifadəni optimallaşdırmaq öhdəliyini bir daha nümayiş etdirir. Bu il başlamış və 2022-ci ilin ortalarına qədər davam edəcək tikinti işləri yerli resurslardan istifadə etməklə ölkə daxilində yerinə yetirilir və pik səviyyədə tikinti işləri üçün 8000-dək iş yerinin açılacağı gözlənilir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib

Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır?

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib

Kənd təsərrüfatı nazirinin müavini Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb

Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub

Milli Kitabxanada Tarixi Abidələrin Mühafizəsi Günü münasibətilə kitab sərgisi açılıb

Nazir: Xoşagəlməz hallar dünyanın bütün məktəblərində baş verir

Zahid Oruc: Rusiya sülhməramlılarının Qarabağdan çıxması nəinki Fransanı, ABŞ-ı da narahat edir

Naxçıvanda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub

Nazirlik rəsmisi: Valideynlər “Məktəblinin dostu” layihəsindən tam razıdırlar

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb VİDEO

“Məktəblinin dostu” layihəsinin rəhbəri: İndiyədək 700 uşaq müəyyən səbəblərə görə psixiatrlara yönəldilib

“Roma” baş məşqçisi Daniele De Rossi ilə bağlı qərarını verib

Beyləqanda çiyid səpininə başlanılıb

Mariya Zaxarova: Qərb Cənubi Qafqazda qonşuların arasını vurmağa çalışır, Ermənistana isə bu məsələdə alət rolu ayrılıb

“Bavariya”nın futbolçusu: “Arsenal”ı Çempionlar Liqasından kənarlaşdırmaq gözəl hisslər idi

Üç min illik tarixə malik Bərdə maddi-mədəniyyət abidələri ilə zəngindir

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda konfrans keçirilir

HONOR Magic6 Pro İstanbulda təqdim olunub

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Qobustan Milli Tarix-Bədii Qoruğunda qeyd olunub

Rusiya XİN: Aİ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasına müsbət töhfə vermir

“Məktəblinin dostu” layihəsi hazırda 238 ümumi təhsil müəssisəsində həyata keçirilir

Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlanıb

Nigeriya COP29-dan əvvəl iqlim öhdəliklərini nəzərdən keçirir

Qubadakı “Günbəzli hamam” turistlərin ən çox diqqətini çəkən tarixi abidələrdəndir

Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir

Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə beynəlxalq simpoziumun 8-ci toplantısı Bakıda təşkil olunacaq

“Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabı təqdim edilib

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb VİDEO

® “Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək

Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib

Annalena Berbok: İranı təcrid etmək lazımdır

Rusiyalı ekspert: Parisin Bakıdakı səfirini geri çağırması Fransada zərərli siyasi təfəkkürün əlamətidir - ŞƏRH

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun ofisində olub

Azərbaycan UNESCO Klubları Assosiasiyası Çinin müvafiq qurumu ilə süni intellekt, elektron idarəçilik sahələrində əməkdaşlıq edəcək

Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb

Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar

İdarə rəisi: Azərbaycanda beynəlxalq səviyyəli kiberdiplomatların hazırlanması üçün təlimlər keçiriləcək

Londondakı Mərkəzi Qalereyada Karavacconun son rəsmləri nümayiş etdiriləcək

Yeni maarifləndirici təşəbbüs: “1 sual, 1 cavab”

Bakı Avropa Liseyində müəllim və şagirdlər fövqəladə hallarda davranış qaydaları barədə məlumatlandırılıb

Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır

Britaniyalı deputat haqqında araşdırma başlayıb

Azərbaycan ilə Türkiyə məktəbləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Fransada insan hüquqları açıq şəkildə tapdalanır

“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” – yeni nəşr

“İnklüzivlik ayı” layihəsinə başlanılıb

Bakı Ali Neft Məktəbi ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Agentlik rəhbəri IV sinifdən sonra “Son zəng” keçirilməsi məsələsinə aydınlıq gətirib

“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir

Dövlət agentliyinin direktoru Naxçıvanda təhsil sahəsində tətbiq ediləcək yeniliklərdən danışıb

AFFA beş klubu cəzalandırıb

Eşqi Bağırov: İşğaldan azad edilmiş ərazilərdə 5 məktəbdə 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır

“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxarıb

FHN-in Şirvanda keçirdiyi təlimə 24 texnika və 160 nəfərlik heyət cəlb olunub VİDEO

Agentlik direktoru: Kişi müəllimlərin sayında azalma müşahidə olunmur

Eşqi Bağırov: 453 məktəbdə elektron jurnaldan istifadə olunur

Agentlik rəhbəri: 345 məktəbdə monitorinq aparılıb, 55 nəfər işdən çıxarılıb

Qonşusunu öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Eşqi Bağırov: Dövlət məktəblərində IV və VI siniflər üzrə şagirdlərin monitorinqdə iştirakı icbaridir

Türkiyə-Azərbaycan Universitetində üç məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq

Pekin Blinkenin Çinə qarşıdakı səfərini yüksək qiymətləndirir

Mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılacaq

Müəllimlərin sertifikatlaşdırılması prosesinin tarixi açıqlanıb

Mayın 1-dən birinci siniflərə qəbul prosesinə başlanılır

DİN: Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər nəticəsində 21 əcnəbi saxlanılıb VİDEO

Çin Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyir

Eşqi Bağırov: Agentliyin fəaliyyəti dövründə 112 müəllimin iş yeri dəyişdirilib

Bəzi dağlıq və dağətəyi ərazilərdə havanın arabir yağıntılı olacağı gözlənilir

Agentlik rəhbəri: Bağçalarda aparılan monitorinqlər nəticəsində 40-a yaxın müdir işdən çıxarılıb

Eşqi Bağırov: Hədəf məktəbəqədər təhsilin əhatəliliyini 30 faizdən 50 faizə çatdırmaqdır

UEFA Avropa Liqası: Yarımfinala vəsiqə qazanacaq komandalar bəlli olur

Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH

Qətər İsrail ilə HƏMAS arasında vasitəçilik missiyasını yenidən nəzərdən keçirəcək

Almaniya polisi insan qaçaqmalçılığına qarşı miqyaslı əməliyyat keçirir

Ramana qalasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib VİDEO

Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO