REGİONLAR


“Azərikimya” müəssisələrinin enerji tələbatını özünün istehsal etdiyi enerji ilə ödəyəcək

Sumqayıt, 20 may, Ətrabə Rzayeva, AZƏRTAC 

Ölkənin kimya sənayesinin avanqardı sayılan SOCAR “Azərikimya” İstehsalat Birliyinin müəssisələrdə perspektiv inkişaf planına uyğun olaraq ilin əvvəlindən Almaniyanın “Uniper” şirkəti ilə birgə yenidənqurma və modernizasiya layihəsi üzrə işlər davam etdirilir. Layihə çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində EP-300 qurğusunun propilen istehsalı gücü ildə 135 min tondan 187 min tona çatdırılacaq.

Bu barədə AZƏRTAC-a “Azərikimya”nın baş direktoru İmran Arzumanzadə məlumat verib.

Onun sözlərinə görə, “SOCAR Polimer” MMC müəssisələrinin xammal və enerji ilə təminatı yaxşılaşacaq, EP-300 zavodunun buxar generatorunun gücü 35 MVT-dan 65 MVT-a çatdıralacaq. “Azərikimya” İB bütün müəssisələrini öz enerjisi ilə tam təmin edəcək.

Digər istehlakçılara enerji verilməsi də nəzərdə tutulduğun qeyd edən baş direktor layihənin dəyərinin 1 milyard manat təşkil etdiyini bildirib. O, həmçinin layihənin icrasında 2 min nəfərin çalışacağın da diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.