REGİONLAR


“Azəripək” MMC-yə indiyədək 143 ton yaş barama təhvil verilib

Şəki, 8 iyun, Mustafa Dadaşov, AZƏRTAC

“Azəripək” MMC (əvvəlki adı “Şəki-İpək” ASC) tərəfindən respublikanın baramaçılıqla məşğul olan rayonlarında istehsalçılardan barama tədarükü mütəşəkkil qaydada davam etdirilir. Bu günədək kümçülərdən 143 ton yaş barama qəbul olunub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə “Azəripək” MMC-nin direktoru Nizami Qəribov məlumat verib.

Məhdud məsuliyyətli cəmiyyətdən verilən məlumata görə, barama tədarükündə hələlik Zərdab rayonu öndə gedir. Rayonun kümçüləri indiyədək müəssisəyə 34 ton 254 kiloqram yaş barama təhvil veriblər. Füzuli rayonunda istehsalçılardan 29 ton 553 kiloqram, Bərdədə 16 ton, Ağcabədi rayonunda 14 ton 543 kiloqram, Kürdəmirdə isə 11 ton 197 kiloqram yaş barama tədarük olunub.

Müəssisənin baramaaçan istehsalatı iyulun əvvəlindən etibarən fəaliyyətə başlayacaq.

Qeyd edək ki, bu il Azərbaycanda yaş barama istehsalının 450-500 tona çatdırılması hədəf olaraq qarşıya qoyulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.