İQTİSADİYYAT


“Azəriqaz” 6 rayon üzrə 18 yaşayış məntəqəsində qazlaşdırma işlərinə başlayıb

Bakı, 12 mart, AZƏRTAC

Yanvar-fevral aylarında “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən 6 rayon üzrə 18 yaşayış məntəqəsində qazlaşdırma işlərinə başlanılıb.

İB-dən AZƏRTAC-a bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədilə “Azəriqaz” tərəfindən təxirəsalınmaz işlər həyata keçirilir. Belə ki, əhali istehlakçılarının mənzillərində istismar müddəti başa çatmış məişət qaz sayğacları yenisi ilə əvəzlənir, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz avadanlıqları yeniləri ilə əvəz edilir. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün birlik tərəfindən bu ilin yanvar-fevral ayları ərzində 81,7 kilometr yeni qaz kəməri çəkilib, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 53,7 kilometr qaz kəməri əsaslı təmir olunub.

Cari ildə Ağcabədi rayonu üzrə bir, Beyləqan rayonu üzrə bir, Gədəbəy rayonu üzrə 6, İsmayıllı rayonu üzrə bir, Ağsu rayonu üzrə 6 və Şamaxı rayonu üzrə isə 3 olmaqla ümumilikdə 18 yaşayış məntəqəsində qazlaşdırma işlərinə başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.