İQTİSADİYYAT


“Azəriqaz” 9 ayın yekununa dair məlumat verib

Bakı, 7 oktyabr, AZƏRTAC

Cari ilin əvvəlindən 650 minədək dövri yoxlama müddəti bitmiş qaz sayğacı mövcud olub ki, ötən 9 ayda bunun 210 mini yenisi ilə əvəz edilib. Dövri yoxlama müddəti 5 il nəzərdə tutulduğu üçün bu rəqəmlər hər gün yenilənir.

“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, bunu “Azəriqaz”ın Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov jurnalistlərə açıqlamasında qeyd edib.

“Açıq qapı”da Birliyin sayğaclarla bağlı həyata keçirdiyi işlərdən məlumat verən şöbə rəisi vurğulayıb ki, əhali abonentləri üçün G-4 markalı sayğaclardan əlavə artıq G-6 markalı qaz sayğaclarının da ilkin quraşdırılmasına başlanılıb.

“Hazırda ümumilikdə 73 kənd və yaşayış massivində qazlaşma işləri davam etdirilir. Geridə qalan müddət ərzində 26 kənd və massivdə isə işlərə yekun vurularaq istismara qəbul prosesindədir”,- deyə Birliyin Yeni qazlaşma və inkişaf şöbəsinin rəis müavini İlham Mehbalıyevin media nümayəndələrinə verdiyi açıqlamasında bildirib.

Qurum rəsmisi 2023-cü ildə görüləcək işlərin əhatə dairəsinin genişlənəcəyini vurğulayıb.

Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev ictimaiyyətə müraciət ünvanlayıb: “Xahiş edirik yerli icra orqanları və bələdiyyələr balanslarında olmayan ərazilərdə fərdi yaşayış evlərinin tikintisi üçün icazə və yaxud hər hansı icazə sənədini verməsinlər. Çünki bu kimi addımlar qazlaşdırılması mümkün olmayan ərazilərdə yaşayan vətəndaşlarla Birlik arasında müəyyən narazılıqlara səbəb olur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.