İQTİSADİYYAT


“Azəriqaz”: Avqustda əhali sektoru üzrə 6131 yeni abonent qeydiyyata alınıb

Bakı, 11 sentyabr, AZƏRTAC

Cari ilin avqust ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 6131 yeni abonent qeydiyyata alınıb.

Birlikdən AZƏRTAC-a bildirilib ki, bundan 4961 abonent Bakı, Abşeron və Sumqayıt, 1170 abonent regionların payına düşür. Bu ilin 8 ayı ərzində isə (yanvar-avqust) əhali sektoru üzrə qeydə alınan abonentlərin ümumi sayı 48 min 519-a bərabər olub. Beləliklə, hazırda “Azəriqaz” İstehsalat Birliyinin əhali abonentlərinin sayı 2 milyon 297 min 639 təşkil edir.

Qeyd edək ki, cari il ərzində qeyri-əhali sektoru üzrə 627 məscid və dini məbədin hər birinə illik 5000 kubmetr təbii qazdan əvəzsiz istifadə üçün limit ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.