İQTİSADİYYAT
“Azəriqaz”: Dörd ayda daxil olan müraciətlərin 162 mindən çoxu sayğaclarla bağlı olub
Bakı, 27 may, AZƏRTAC
Cari ilin ilk 4 ayında “Azəriqaz” İstehsalat Birliyinin Çağrı mərkəzinə 418 min 602 müraciət daxil olub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Birliyin Qəza-çağrı xidmət şöbəsinin rəisi Xalidə Şimşək deyib.
Bildirib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 min 424 müraciət azdır. “Bu müraciətlərdən 30 min 518-i təbii qazın təzyiqi ilə bağlı, 21 min 744 müraciət təbii qazın olmaması, 19 min 639-u qaz sızmaları, 162 min 683 müraciət isə sayğaclarla bağlı olub”, - deyə o əlavə edib.
Şöbə rəisi, həmçinin təbii qazın olmaması səbəbindən Birliyə daxil olan 21 min 744 müraciətin 10 min 352-nin istehlak olunan təbii qaza görə yaranan debitor borc səbəbindən qaz təminatının dayandırılması ilə bağlı olduğunu da diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [16:27]
® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib
- 23.04.2024 [16:20]
Bakının daha bir prospektində velosiped yolu salınır
- 23.04.2024 [16:11]
Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb
- 23.04.2024 [14:44]
Günəş elektrik stansiyası üzrə ilk hərrac elan edilib
- 23.04.2024 [12:40]