İQTİSADİYYAT


“Azəriqaz”: Düşmənin Gəncəyə atdığı raket nəticəsində 200 abonentdən 30-nun yaşayış ünvanı artıq yoxdur

Bakı, 12 oktyabr, AZƏRTAC

Düşmən tərəfindən Gəncə şəhərinə atılan raket zərbəsi nəticəsində 200 abonentdən təxminən 30-nun yaşayış ünvanı artıq yoxdur.

“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, Gəncə şəhərinə düşmən tərəfindən atılan raket zərbəsi nəticəsində oktyabrın 11-i saat 02:15-dən etibarən Gəncə şəhəri, Ələkbər Rəfibəyli küçəsində təbii qaz təchizatı dayandırılıb. 200 abonentin qaz təchizatı məhdudlaşdırılıb. Həmin 200 abonentdən təxminən 30 abonentin yaşayış ünvanı artıq yoxdur. 170 abonentin qaz təchizatının bərpa edilməsi üzrə işlər aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.