İQTİSADİYYAT


“Azəriqaz”: Gələn həftə bir şəhərdə və dörd rayonda sakinlərin müraciətləri dinləniləcək

“Azəriqaz”: Gələn həftə bir şəhərdə və dörd rayonda sakinlərin müraciətləri dinləniləcək

Bakı, 4 fevral, AZƏRTAC

Gələn həftə daha bir şəhərdə və üç rayonda “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, aksiya fevralın 6-da saat 11:00-dan 12:00-dək Zərdab rayonunda (Heydər Əliyev Parkı), ertəsi gün saat 11:00-dan 12:00-dək Tərtər rayonunda (Mədəniyyət Mərkəzinin qarşısı) keçiriləcək. Fevralın 8-də saat 13:00-dan 14:00-dək Yevlax şəhərində (Heydər Əliyev Mərkəzinin qarşısı), iki gün sonra saat 11:00-dan 12:00-dək Ağcabədi rayonunda (Qarabağ Muğam Evinin qarşısı) vətəndaşların müraciətləri dinləniləcək.

Vətəndaşlar həmin ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.