İQTİSADİYYAT


“Azəriqaz”: Həyati əhəmiyyətli və strateji obyektlərin təbii qaz təchizatı diqqətdə saxlanılır

Bakı, 5 oktyabr, AZƏRTAC

Həyati əhəmiyyətli və strateji obyektlərin təbii qaz təchizatı diqqətdə saxlanılır.

“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 5-də səhər saatlarından etibarən cəbhənin təmas xəttində düşmənin Bərdə şəhərini atəşə tutması səbəbindən təhlükəsizlik tədbirləri nəzərə alınaraq saat 11:20-dan etibarən Bərdə şəhərinin və rayonun bir neçə yaşayış məntəqəsinin qaz təchizatı məhdudlaşdırılıb. Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində baş vermiş dağıntılar və təhlükəsizlik tədbirləri nəzərə alınaraq oktyabrın 4-dən etibarən Gəncə şəhərinin Əziz Əliyev və Əli Nəzmi küçələrini təbii qazla təmin edən iki orta təzyiqli polietilen yeraltı qaz xətti zədələnib və ümumilikdə 450 abonentin qaz təchizatı məhdudlaşdırılıb. Hazırda təmir işləri aparılır.

Qeyd edək ki, “Azəriqaz” İB çətinliklərə baxmayaraq, həyati əhəmiyyətli və strateji obyektlərin qaz təchizatını diqqətdə saxlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.