İQTİSADİYYAT
“Azəriqaz” İB-də Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı tədbir keçirilib
Bakı, 28 aprel, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyində (İB) Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı tədbir keçirilib.
Birlikdən AZƏRTAC-a verilən məlumata görə, COVID-19 pandemiyası ilə əlaqədar karantin rejiminin tələbləri gözlənilməklə qeyd edilən tədbirdə əmək fəaliyyətində fərqlənən işçilərə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
Bildirilib ki, 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü hazırda bir çox ölkələrdə, o cümlədən Azərbaycanda da qeyd edilir. Bu günün məqsədi istehsalatda bədbəxt hadisələrin baş verməsinin qarşısının alınmasına, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına ictimai diqqətin artırılmasıdır.
Vurğulanıb ki, “Azəriqaz” İB-də işçilərin əməyinin mühafizəsi, onların əmək şəraitinin yaxşılaşdırılması, lazımi avadanlıqlarla, xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təminatı daima diqqətdə saxlanılır. Görülmüş tədbirlər nəticəsində ötən illər ərzində istehsalatda ölümlə nəticələnən heç bir bədbəxt hadisə baş verməyib.