REGİONLAR


“Azəriqaz” İB-nin baş direktoru şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib VİDEO

Xaçmaz, 11 aprel, Elxan Yusifli, AZƏRTAC

Aprelin 11-də SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev Xaçmaz şəhərində şimal bölgəsindən olan vətəndaşları qəbul edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz Regional Qaz İstismar İdarəsinin inzibati binasında keçirilən qəbul zamanı Xaçmaz, Siyəzən, Şabran və Xızı rayon sakinlərinin müraciətlərinə baxılıb.

Vətəndaşların müraciətlərinin əksəriyyəti yaşayış məntəqələrinin qazlaşdırılması, işə qəbul, qaza görə yaranmış borcun araşdırılması, sənədləşmə qaydaları, qaz xətlərində, sayğaclarda yaranan nasazlıq və müxtəlif məsələlərlə bağlı olub.

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.

Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. Birliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.