İQTİSADİYYAT


“Azəriqaz” İB yanında İctimai Şuranın növbəti iclası keçirilib

Bakı, 22 sentyabr, AZƏRTAC

“Azəriqaz” İB yanında vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə yaradılmış İctimai Şuranın növbəti, sayca 3-cü genişləndirilmiş iclası keçirilib.

İB-dən AZƏRTAC-a bildirilib ki, iclasda Şura sədri Xəyal Bəşirov, sədr müavini Rəşad Quliyev və üzvlər - Eyyub Hüseynov, Vüqar Rəhimzadə, Qorxmaz İbrahimli, Şaban Nəsirov, Mais Əliyev, Elçin Salmanov və Zaur Quliyev iştirak ediblər. Şura üzvləri ilə bərabər iclasa “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev, Birliyin Hüquq Departamentinin rəisi Vüqar Eyvazov, Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kəlbalayev və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev də qatılıb. Şura üzvləri tərəfindən bir sıra mühüm məsələlər iclasın gündəliyinə salınaraq müzakirəyə çıxarılıb.

İclasın davamında Şura üzvləri fəaliyyətləri zamanı müəyyən etdikləri bir sıra problemləri Birliyin rəhbərliyinin diqqətinə çatdırıblar. Həmin məsələlərin həlli istiqamətində atılacaq addımlarla bağlı razılığa gəlinib.

Daha sonra iclas Şura üzvlərinin iştirakı ilə davam etdirilib. İclasda gündəliyə daxil edilən məsələlər müzakirə edilərək səsə qoyulub, müvafiq qərarlar qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.