İQTİSADİYYAT


“Azəriqaz” İB yanında İctimai Şuranın üzvləri Ağsuda istehlakçılarla görüşəcəklər

Bakı, 14 may, AZƏRTAC

“Azəriqaz” İstehsalat Birliyi (İB) yanında İctimai Şuranın üzvləri mayın 18-də Ağsu Regional Qaz İstismarı İdarəsinə monitorinq səfəri edərək istehlakçılarla görüşəcəklər.

İB-dən AZƏRTAC-a bildirilib ki, Ağsu, Göyçay, Şamaxı, İsmayıllı, Kürdəmir, Qobustan və Ucar rayonlarından olan istehlakçılar (abonentlər) görüşdə iştirak etmək, problemləri ifadə etmək üçün Ağsu rayonu Qaraqaşlı kəndində yerləşən Ağsu Regional Qaz İstismarı İdarəsinin inzibati binasına saat 11:00-da yaxınlaşa bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.