İQTİSADİYYAT


“Azəriqaz”: İctimai Şura üçün vətəndaş cəmiyyəti institutu təmsilçilərinin qeydiyyatı başa çatıb

Bakı, 26 aprel, AZƏRTAC

“Azəriqaz” İB yanında yaradılacaq İctimai Şuraya keçiriləcək seçkilərdə səsvermə prosesində iştirak etmək üçün vətəndaş cəmiyyəti institutu təmsilçilərinin qeydiyyatı başa çatıb.

İB-dən AZƏRTAC-a bildirilib ki, vətəndaş cəmiyyəti institutları 70 nümayəndənin qeydiyyata alınmasını müvafiq olaraq seçki komissiyasına təqdim edib.

Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuraya üzvlüklə bağlı seçkilərə qatılan namizədlərin sayı 17 nəfərdir. Onlar barədə məlumatlar birliyin rəsmi internet səhifəsində yerləşdirilib. İctimai Şuraya seçkilər cari ilin aprel ayının 30-da “Azəriqaz”ın inzibati binasında keçiriləcək. “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsi seçki prosesinin sosial şəbəkə üzərindən (“Facebook”) canlı yayımının həyata keçirilməsini planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.