“Azəriqaz”: Qaz xətlərinə qeyri-qanuni müdaxilə edən şəxslər barədə ciddi tədbirlər görüləcək
AzerTAg.az

Bakı, 14 dekabr, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları paytaxtın Xəzər və Sabunçu rayonlarında qaz xətlərinə xeyli sayda qeyri-qanuni birləşmə halları aşkar ediblər.
İB-dən AZƏRTAC-a bildirilib ki, dəfələrlə abonentlərlə maarifləndirici söhbətlər aparılmasa da bəzi vətəndaşlar öz qanunsuz əməllərindən çəkinmirlər. Birliyin əməkdaşları tərəfindən əraziyə baxış keçirilən zaman sayğac olmadan qaz xəttinin rezin borular vasitəsilə birləşdirilməsi, sayğacın göstəricisinin geri çəkilməsi, pərakəndə şəkildə qaz xətlərindən istifadə halları müəyyən edilib. Aşkarlanan bütün faktlar üzrə materiallar toplanılaraq, ölçü götürülməsi üçün aidiyyəti strukturlara təqdim olunub. “Azəriqaz” İB bir daha vətəndaşları qaz xətlərinə müdaxilə hallarından uzaq durmağa çağırır.
Xəbərin mətnində orfoqrafik səhv var