REGİONLAR


“Azəriqaz”: Şamaxının təbii qaz təchizatı qısa müddətdə bərpa olunacaq

Bakı, 6 fevral, AZƏRTAC

Şamaxı rayonunun təbii qaz təchizatı qısa müddətdə bərpa ediləcək.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən (İB) AZƏRTAC-a bildirilib ki, fevralın 5-də gecə saatlarında respublikanın Dağlıq Şirvan iqtisadi rayonunda baş vermiş zəlzələnin təsirindən Şamaxı rayonunda 5 nöqtədə küçə qaz xətləri zədələnib. Bununla bağlı Ağsu Regional Qaz İstismarı İdarəsinə (RQİİ) məlumat daxil olan kimi Şamaxı rayonunun qaz təchizatı dayandırılıb və Ağsu RQİİ-də yaradılmış əməliyyat qrupunun əməkdaşları zəlzələ nəticəsində zədələnən, qırılan qaz xətlərinə baxış keçirib.

Şamaxı rayonunun əhalisinin təbii qaz təchizatında yaranmış fasilənin tez bir zamanda aradan qaldırılması üçün artıq “Azəriqaz”ın aidiyyatı qurumları tərəfindən səhər saatlarından zədələnmiş qaz kəmərlərində təmir-bərpa işləri aparılır və işlərin günorta saatlarına kimi başa çatdırılması planlaşdırılır. İşlər başa çatdırıldıqdan sonra Şamaxı rayonunun bütün yaşayış məntəqələrinə təbii qazın verilişi tam bərpa olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.