REGİONLAR


“Azəriqaz” “Səyyar ASAN” avtobus və qatarlarda xidmətlər göstərməyə başlayacaq

Bakı, 18 sentyabr, AZƏRTAC

“Azəriqaz” İstehsalat Birliyi (İB) sentyabr ayının 21-dən etibarən “Səyyar ASAN” avtobus və qatarlarda xidmətlər göstərməyə başlayacaq.

İB-dən AZƏRTAC-a bildirilib ki, əsas hədəflərdən biri regionlarda açılacaq “ASAN Kommunal” mərkəzlərində “Azəriqaz” tərəfindən müvafiq xidmətlərin təmin edilməsidir. Artıq cari ilin sentyabr ayının 21-dən etibarən “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində fəaliyyət göstərən və xüsusi tərtibatda hazırlanmış “Səyyar ASAN” avtobus və qatarlarda Goranboy rayonundan başlayaraq Göyçay, Ağstafa, Xaçmaz, Tovuz, Ağdam, Hacıqabul, Cəlilabad, Şəki, Ağsu, Şirvan, Biləsuvar və Yevlax rayonlarında xidmətlər göstərməyə başlanılacaq.

Səyyar “ASAN xidmət”in həyata keçirilməsində əsas məqsəd “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xidmətlərin daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, abonentlər üçün əlçatanlığın təmin edilməsi və istehlakçı məmnunluğuna nail olunmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.