REGİONLAR


“Azəriqaz”: Şirvanda sakinlərin bir sıra müraciətləri yerindəcə həllini tapıb

Bakı, 19 may, AZƏRTAC

Şirvan şəhəri və tabeliyində olan Bayramlı və Hacıqəhrəman qəsəbələrində qazlaşma səviyyəsi 100 faiz təşkil edir. Buna baxmayaraq, biz sizlərlə yenidən görüşərək qaz təsərrüfatına dair üzləşdiyiniz hər hansısa probleminiz varsa, səsləndirməyiniz üçün şərait yaradırıq. Çəkinmədən bütün problemlərinizi rahat şəkildə bildirməyinizi sizdən xahiş edirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev Şirvan şəhərində vətəndaşlarla keçirilən görüşdə bildirib. Şirvan şəhər sakini Cəlil Haxiəliyev yaşadığı məhəllədə küçə qaz xəttinin olduğunu, yalnız sonradan inşa olunan fərdi yaşayış evlərində təbii qaz olmadığını bildirərək, yeni yaşayış massivinin təbii qazla təmin olunmasını xahiş edib. Seyidməmməd Əsgərov isə istehlak olunun təbii qaza görə yaranan debitor borc səbəbindən qaz təminatının dayandırıldığını qeyd edərək, hissə-hissə ödəniş etməklə qaz təchizatının bərpa olunmasını xahiş edib. Salyan Regional Qaz İstismarı İdarəsinin rəisi Azər Musayev yaranan borcun mərhələli şəkildə ödənilməsi şərti ilə qaz təchizatının bərpa olunmasına dair yerindəcə göstəriş verib. Digər çıxış edənlər Şirvan şəhərində qaz təchizatı ilə bağlı heç bir problemin olmadığını bildirərək, Birlik rəhbərinə təşəkkür ediblər. Görüşdə Birlik rəsmiləri ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri də iştirak ediblər.

Qeyd edək ki, “Açıq mikrofon” aksiyası çərçivəsində bu gün təşkil olunan görüş vətəndaşlarla sayca 31-ci, ümumilikdə isə 67-ci görüşdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.