İQTİSADİYYAT


“Azəriqaz” Siyəzən sahibkarlarının problemini dinləyəcək

Bakı, 27 oktyabr, AZƏRTAC

“Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası bu dəfə Siyəzən rayonunda təşkil olunacaq.

İB-dən AZƏRTAC-a bildirilib ki, “Azəriqaz”ın rəhbər şəxsləri rayonun Xətai küçəsində baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. Səyyar qəbul otağı oktyabrın 28-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək. “Azəriqaz” İB ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.