REGİONLAR


“Azəriqaz” Siyəzəndə sahibkarların problemlərini dinləyib

Bakı, 28 oktyabr, AZƏRTAC

Oktyabrın 28-də “Azəriqaz” İB-nin növbəti “Açıq mikrofon” aksiyası baş tutub. Siyəzən rayonunda təşkil olunan aksiyada quşçuluq təsərrüfatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.

İB-dən AZƏRTAC-a bildirilib ki, çıxış edən sahibkarlar səyyar qəbul otağının imkanlarından istifadə edərək öz problemlərini səsləndiriblər. Görüşdə “Azəriqaz” İB-nin baş direktorunun müavini Rəşad Cavadov, Birliyin digər struktur bölmələrinin rəhbərləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Siyəzən rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri iştirak ediblər. Sahibkarlarla keçirilən görüşün imkanlarından digər vətəndaşlar da yararlanıblar. Onlar da üzləşdikləri çətinliklərdən söz açıblar. Birlik tərəfindən daxil olan müraciətlərin araşdırılması üçün bütün müraciətlər qeydə alınıb.

Qeyd edək ki, 3 aydır “Azəriqaz” İstehsalat Birliyi tərəfindən başlanılan “Açıq mikrofon” aksiyası vətəndaşların, eləcə də sahibkarların problemlərinin yerindəcə dinlənilməsinə və tez bir zamanda həll olunmasına xidmət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.