REGİONLAR


“Azəriqaz” Siyəzəndən olan sahibkarların müraciətlərini dinləyib

Bakı, 29 sentyabr, AZƏRTAC

Ölkədə sahibkarlığın inkişafı üçün “Azəriqaz” İB üzərinə düşən vəzifələrin layiqincə öhdəsindən gəlməyə çalışır. Sahibkarların qaz təchizatında üzləşdiyi problemlərin həlli və müraciətlərin qeydə alınması məqsədilə artıq 41-ci dəfədir ki, “Açıq mikrofon” sizlərin ixtiyarına verilir.

İB-dən AZƏRTAC-a bildirilib ki, bu sözləri qurumun baş direktorunun satış üzrə müavini Rəşad Cavadov Siyəzən rayonunda qurulan səyyar qəbul otağında deyib.

Aksiyada çıxış edən KOBİA nümayəndəsi Nicat Əlizadə hər zaman olduğu kimi sahibkarları dinləməyə və gələcəkdə hər hansı bir problemlə üzləşməmələri üçün məsləhətlər verməyə hazır olduqlarını qeyd edib. “Açıq mikrofon” aksiyasında ümumilikdə 16 müraciət səslənib ki, bunlar arasında sadə vətəndaşların da istəkləri yer alıb. Sahibkarlar obyektlərində qazdan istifadəyə görə icazənin verilməsi, debitor borcun hissə-hissə ödənilməsində köməkliyin göstərilməsi kimi müraciətlər ünvanlayıblar. Beşdam kənd sakini adıçəkilən kəndin qazlaşdırılmasını xahiş edib. Digər sakinlər isə fərdi yaşayış evinin həyətyanı sahəsindən keçən qaz xəttinin yerinin dəyişdirilməsini istəyib.

Aksiyada səsləndirilən təklif və bəzi problemlərin yerindəcə baxılmasına qərar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.