İQTİSADİYYAT


“Azəriqaz”: Son 5 ildə yeni əhali abonentlərinin sayı yarım milyonu keçib

Bakı, 11 avqust, AZƏRTAC

Cari il üzrə ölkədə qazlaşma işlərinin aparılmasına dair Dövlət Proqramının icrası davam etdirilir.

“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, artıq 14 yeni yaşayış massivi qazlaşdırılıb. Hazırda 30 yaşayış məntəqəsi, 27 yeni yaşayış massivində qazlaşma aparılır. Bu işlər əsasən Gəncə şəhəri, Daşkəsən, Göygöl, Samux, Abşeron, Xızı, Siyəzən, Şabran, Ağdaş, Göyçay, Ağstafa, Gədəbəy, Şəmkir və Tovuz rayonlarını əhatə edir.

2015-2020-ci illərdə dövlət büdcəsindən SOCAR-a ayrılmış vəsait hesabına ölkənin müxtəlif bölgələrində 301 min əhali abonentini əhatə etməklə, 905 yaşayış məntəqəsi və 51 yeni yaşayış massivi qazlaşdırılıb. Həmin dövrdə müxtəlif bölgələrdə ümumilikdə 27 min 395 kilometr yeni qaz xətti çəkilib. Bundan əlavə İB də imkanlarını səfərbər etməklə qaz təsərrüfatı şəbəkəsində genişmiqyaslı işlər görüb. Bu işlərin və fərdi qazlaşmaların nəticəsində 2015-2020-ci illərdə 274 min yeni əhali abonenti təbii qazla təmin olunub. Qaz təchizatı şəbəkəsində yenidənqurma və əsaslı təmir işlərinin aparılması zamanı son 5 ildə “Azəriqaz” İB daxili imkanlar hesabına müxtəlif bölgələrdə ümumən 2610 kilometr qaz xəttini yenidən qurub. Müqayisə aparsaq 2015-ci ilin əvvəlində əhali abonentlərinin sayı 1 milyon 710 min, 2020-ci ilin iyul ayının 1-nə isə 2 milyon 285 minə yaxın olub. Yəni əhali abonentləri üzrə 570 mindən çox artım var. Ölkədə sayğaclaşma səviyyəsi 100 faiz təşkil edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.